Şriftin ölçüsü :

Saytın rəngi :

Veteran prokurorluq işçisi təbrik edilib

14.04.2026

Azərbaycan Prokurorluğunun veteranı Ələsgərov Əbülfət Əlif oğlunun 70 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.

Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd edib.

Əbülfət Ələsgərov 1993-cü ildə prokurorluq orqanlarında qulluğa qəbul olmuş, əvvəllər Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi, Bakı şəhəri Qaradağ rayon prokurorluğunun prokuror-kriminalisti, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru, Bakı şəhər prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin prokuroru, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin böyük prokuroru və digər vəzifələrdə işləyib.

Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçib, prokurorluğun adını daim uca tutan veteranımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.