Şriftin ölçüsü :

Saytın rəngi :

Veteran prokurorluq işçisi təbrik edilib

09.04.2026

Azərbaycan Prokurorluğunun veteranı Ağayev Yusub Heydər oğlunun 75 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.

Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd ediblər.

Yusub Ağayev 1981-ci ildə prokurorluq orqanlarında qulluğa qəbul olmuş, əvvəllər Naxçıvan Muxtar Respublikası Prokurorluğunun müstəntiqi və böyük müstəntiqi, Salyan rayon prokurorluğunun müstəntiqi, Cəlilabad rayon prokurorunun böyük köməkçisi, Qobustan rayon prokurorunun müavini, Xızı rayon prokuroru, Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru və digər vəzifələrdə işləyib.

Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçib, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.