Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun əməkdaşı Paris şəhərində beynəlxalq tədbirdə iştirak edib

01.04.2026

Cari ilin 23‐27 mart tarixlərində Fransa Respublikasının paytaxtı Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən təşkil edilmiş Qlobal Antikorrupsiya və Dürüstlük Forumu keçirilib.

Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Arzu Zeynalabdıyeva iştirak edib.

Forum çərçivəsində keçirilmiş yan tədbirlər və plenariclaslarda özəl sektorda şəffaflığın artırılması vətənzimləmə siyasəti, bu sahədə ən yaxşı təcrübələr, mütəşəkkil cinayətkarlıq və korrupsiya, kənar təsirlərlə mübarizə zamanı innovativ  yanaşmalar, müxtəlif xarici ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində təcrübələri, bu sahədə məlumatların effektiv şəkildə toplanması üsulları, korrupsiyaya qarşı mübarizədə ən son texnologiyalardan və beynəlxalq əməkdaşlıq imkanlarından istifadə, qeyri-qanuni maliyyə axınlarının qarşısının alınması və dayanıqlı inkişafın maliyyələşdirilməsi, dövlət satınalmalarında korrupsiyarisklərinin qiymətləndirilməsi və qarşısının alınması və digər məsələlər müzakirə edilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.