Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Prokurorluğunun veteranları Kazım Ağayevin 75 illik, Eldar Balakişiyev, Məhərrəm Mustafayev və Mahir Əhmədovun isə 70 illik yubileyləri münasibətilə Baş prokuror Kamran Əliyevin adından təbrik məktubları təqdim olunub.
Görüş zamanı veteran prokurorlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prokurorluq orqanlarına göstərilən diqqət və qayğı nəticəsində prokurorluğun maddi-texniki bazasının möhkəmləndiyini, həmçinin prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd ediblər.
Kazım Ağayev 1978-ci ildə prokurorluq orqanlarında qulluğa qəbul olunub, əvvəllər Mingəçevir şəhər prokurorluğunun böyük müstəntiqi, Ağcabədi və Lerik rayon prokuroru, Baş Prokurorluğun İstintaq idarəsinin metodik və texniki-kriminalistik şöbəsinin rəisi, Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin rəis müavini, Respublika Hərbi Prokurorluğunun Təşkilat-nəzarət idarəsinin prokuroru və digər vəzifələrdə işləyib.
Eldar Balakişiyev 1982-ci ildə prokurorluq orqanlarında qulluğa qəbul olunub, əvvəllər Bakı şəhəri Səbail rayon prokurorluğunun müstəntiqi, Bakı şəhər prokurorunun köməkçisi və böyük köməkçisi, Bakı şəhər prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi, Baş Prokurorluğun Ümumi nəzarət idarəsinin böyük prokuroru, Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru və digər vəzifələrdə işləyib.
Məhərrəm Mustafayev 1983-cü ildə prokurorluq orqanlarında qulluğa qəbul olunub, əvvəllər Ucar və Cəlilabad rayon prokurorluqlarının müstəntiqi, Göyçay rayon prokurorunun köməkçisi və böyük köməkçisi, Sumqayıt şəhər prokurorunun böyük köməkçisi, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin prokuroru, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru və digər vəzifələrdə işləyib.
Mahir Əhmədov 1987-ci ildə prokurorluq orqanlarında qulluğa qəbul olunub, əvvəllər Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi, Azərbaycan SSR Prokurorluğunun Təsərrüfat fəaliyyətində, sosial və ekoloji sahələrdə qanunların icrasına nəzarət şöbəsinin prokuroru, Azərbaycan Respublikası Prokurorluğunun Ümumi nəzarət idarəsinin rəisi, İxtisaslaşdırılmış hərbi prokurorun müavini, Respublika Hərbi Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük prokuroru, Respublika Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin rəisi və digər vəzifələrdə işləyib.
Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı