Şriftin ölçüsü :
Saytın rəngi :
Martın 18-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında “Korrupsiyaya qarşı mübarizənin hüquqi və praktiki yanaşmaları” mövzusunda təlim təşkil olunub.
Təlimdə dinləyici qismində Ədliyyə Nazirliyinin və onun strukturuna daxil olan qurumların əməkdaşları iştirak edib. Tədbir zamanı iştirakçılara korrupsiyanın qarşısının alınması, korrupsiya hallarının aşkar edilməsi və istintaq istiqamətində həyata keçirilən tədbirlər, habelə bu sahədə beynəlxalq təcrübə və milli qanunvericiliyin tətbiqi məsələləri geniş şəkildə izah olunub.
Tədbir zamanı təlimçilər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları İlkin Babazadə və Allahverdi Allahverdiyev olub.
Təlimçilər, həmçinin, dinləyicilərlə interaktiv müzakirələr aparıb, praktiki nümunələr əsasında onların suallarını cavablandırıblar.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı