Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq əməkdaşları Novruz Bayramı münasibətilə təşkil edilmiş konserti izləyib

19.03.2026

Martın 19-da Baş Prokurorluğun rəhbərliyi və kollektivi, prokurorluğun veteranları və Baş prokuror yanında Elm-Məsləhət Şurasının üzvləri Novruz Bayramına həsr olunmuş konserti izləyib.

Baş Prokurorluğun İnzibati binalar kompleksində keçirilmiş tədbirdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının musiqiçilərinin peşəkar təqdimatında xalq musiqisi, Azərbaycan bəstəkarlarının əsərləri və dünya klassik musiqisinin seçilmiş nümunələri dinlənilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.