Şriftin ölçüsü :
Saytın rəngi :
Martın 9-13-ü tarixlərində Nigeriya Federativ Respublikasının paytaxtı Abuja şəhərində Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) tərəfindən birgə qiymətləndiricilər təlimi təşkil olunub.
Təlimdə Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Tərlan Kərimov iştirak edib.
Təlim çərçivəsində iştirakçıların ölkələrin çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemlərinin effektivliyinin qiymətləndirilməsi, risk əsaslı yanaşmanın tətbiqi, həmçinin FATF-ın qiymətləndirmə metodologiyası üzrə praktiki bacarıqları təkmilləşdirilib
Təlimin nəticələrinə əsasən Tərlan Kərimov ekspert kimi müəyyən edilərək FATF-ın beynəxlaq qiymətləndiriciləri bazasına daxil edilib. Bu, prokurorluq əməkdaşına FATF və FATF tipli regional qurumlar çərçivəsində müxtəlif ölkələrin çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemlərinin qiymətləndirilməsi proseslərində iştirak etmək imkanı qazandırır.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı