Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

04.03.2026

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, martın 3-də paytaxtın Sabunçu rayonu ərazisində 1980-ci il təvəllüdlü Zəfər  Məmmədovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

İlkin araşdırmalarla cinayətin Hüseyn Həsənov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.