Şriftin ölçüsü :

Saytın rəngi :

Veteran prokurorluq işçisi təbrik edilib

02.03.2026

Azərbaycan Prokurorluğunun veteranı İmanov Dürhəsən Yolçu oğlunun 75 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.

Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd ediblər. 

Dürhəsən İmanov 1978-ci ildə prokurorluq orqanlarında qulluğa qəbul olmuş, əvvəllər Oğuz rayon prokurorluğunun müstəntiqi, Oğuz rayon prokuroru, Laçın rayon prokuroru, Ağdərə rayon prokuroru, Baş Prokurorluğun Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru, Şəmkir rayon prokuroru, Siyəzən rayon prokuroru, Qusar rayon prokuroru, Baş Prokurorluğun Kadrlar idarəsinn rəisi, Abşeron rayon prokuroru və digər vəzifələrdə işləyib.

Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.