Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun əməkdaşı BMT tərəfindən təşkil olunan tədbirdə iştirak edib

02.03.2026

Vyana şəhərində cari ilin 24-26 fevral tarixlərində BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyası çərçivəsində “Ətraf mühitə təsir edən cinayətlərin qarşısının alınması və onlarla mübarizə” mövzusunda açıq tərkibli hökumətlərarası ekspertlər qrupunun ikinci iclası keçirilib.

İclas Konvensiyanın ətraf mühitə təsir edən cinayətlərə qarşı tətbiqi və kollektiv icrasının qiymətləndirilməsi, beynəlxalq hüquqi çərçivədə mövcud boşluqların müəyyən edilməsi və onların Konvensiya çərçivəsində aradan qaldırılması imkanlarının dəyərləndirilməsi və mümkün tədbirlərin müzakirə edilməsi məqsədi daşıyıb.

Hökumətlərarası ekspertlər qrupunun iclasında Azərbaycan Respublikasının Baş Prokurorluğunu Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi müavini Zamir Paşayev təmsil edib.

İclasın sonunda Konvensiyasının əhatə dairəsinə daxil olan ətraf mühitə təsir edən cinayətlər və Konvensiya ilə əhatə olunan əlaqəli cinayətlər üzrə tövsiyələr müzakirə edilərək təsdiq olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.