Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndəsi informasiya təhlükəsizliyi risklərinin idarə edilməsi ilə bağlı tədbirdə iştirak edib

02.03.2026

Fevralın 27-də Bakıda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” mövzusunda tədbir təşkil edilib. 

Tədbirin əsas məqsədi dövlət orqanlarında informasiya təhlükəsizliyi risklərinin sistemli və effektiv idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi, mövcud təhdidlərə qarşı vahid yanaşmanın formalaşdırılması və risklərin uçotu üçün praktik tətbiq alətlərinin təqdim edilməsi olub.

Tədbir çərçivəsində mövzu ətrafında geniş müzakirələr aparılıb və müvafiq təqdimatlar keçirilib. Eyni zamanda iştirakçıları maraqlandıran məsələlər üzrə fikir mübadiləsi aparılıb və praktiki tətbiq mexanizmləri ilə bağlı suallar cavablandırılıb.

Bu tədbirdə 150-dən çox dövlət qurumunun informasiya təhlükəsizliyi sahəsinə məsul nümayəndələri, o cümlədən Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev iştirak edib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.