Şriftin ölçüsü :
Saytın rəngi :
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən cari ilin 13 və 18 fevral tarixlərində prokurorluq əməkdaşlarının rəqəmsal mühitdə istintaq fəaliyyətinə dair bilik və bacarıqlarının artırılması məqsədilə “Elektron sübutlar və müasir kriminalistika: prokurorluq əməkdaşları üçün praktik yanaşmalar” mövzusunda təlim təşkil olunub.
Təlim internet üzərindən distant formada həyata keçirilmiş, təlimçi qismində Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları, Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarələrinin əməkdaşları iştirak edib.
Təlim çərçivəsində “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi, rəqəmsal kriminalistika və elektron sübutların cinayət işləri üzrə toplanması və saxlanması, kibertəhlükəsizliyin təmin edilməsində süni intellekt texnologiyalarının tətbiqi, kibercinayətlərin aşkar edilməsi və araşdırılmasında süni intellektin imkanları, eləcə də rəqəmsal sübutların hüquqi qiymətləndirilməsi, açıq internet məkanı və sosial şəbəkələrdə mövcud risklər, informasiya təhlükəsizliyi və hüquqi məsuliyyət məsələləri üzrə geniş tədris aparılıb.
Təlimdə 310 nəfər prokurorluq əməkdaşı dinləyici qismində iştirak edib.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı