Şriftin ölçüsü :

Saytın rəngi :

Veteran prokurorluq işçisi təbrik edilib

18.02.2026

Azərbaycan Prokurorluğunun veteranı Əliyev Rəşail Əliş oğlunun 75 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.

Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd ediblər.

Rəşail Əliyev 1976-cı ildə Rusiya Federasiyası Prokurorluğu orqanlarında əmək fəaliyyətinə başlamış, 1985-ci ildən Azərbaycan Respublikası Prokurorluğu orqanlarında qulluğunu davam etdirərək Qazax rayon prokuroru, Gəncə qarnizon hərbi prokuroru, Respublika Prokurorluğunun İstintaq idarəsinin xüsusilə təhlükəli cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, Xanlar (indiki Göygöl) rayon prokurorluğunun müstəntiqi, Goranboy rayon prokurorunun müavini, Gəncə şəhər prokurorunun köməkçisi və digər vəzifələrdə işləyib.

Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.