Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Prokurorluğunun veteranı Rüstəmov Tağı Zalı oğlunun 70 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.
Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd edib.
Tağı Rüstəmov 1993-cü ildə prokurorluq orqanlarında qulluğa qəbul olunmuş, əvvəllər Cəbrayıl rayon prokurorunun köməkçisi və böyük köməkçisi, Qusar rayon prokurorluğunun müstəntiqi, Xaçmaz rayon prokurorunun müavini, Mingəçevir şəhər prokurorunun müavini və Cəlilabad rayon prokurorunun müavini vəzifələrində işləyib.
Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı