Şriftin ölçüsü :
Saytın rəngi :
Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanında müvəffəqiyyət qazanmış namizədlər üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təlim səfəri təşkil edilib.
Cari ilin 22 yanvar 2026-cı il tarixində keçirilən səfərdə vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün hazırlıq mərhələsində olan 64 namizəd iştirak edib.
Təlim səfəri çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən iştirakçılara prokurorluq orqanlarının konstitusion statusu və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, prokurorluq orqanları qanunçuluğun təmin edilməsi, cinayət təqibinin həyata keçirilməsi, istintaqa prosessual rəhbərlik, dövlət ittihamının müdafiəsi, eləcə də insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm rol oynayır.
Səfər proqramına uyğun olaraq iştirakçılar Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılmış maddi-texniki və tədris şəraiti ilə tanış olublar. Onlara kriminalistika laboratoriyası, istintaq hərəkətlərinin aparılması üçün nəzərdə tutulmuş xüsusi otaqlar, zəngin elmi-hüquqi ədəbiyyat fonduna malik kitabxana, eləcə də Vətən müharibəsinə həsr olunmuş tarixi memorial qalereya barədə məlumat verilib.








Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı