Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasının prokurorluq orqanlarına 2025-ci ildə ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər üçün Baş Prokurorluğun Elm-Tədris Mərkəzində 15 dekabr 2025-ci il – 9 yanvar 2026-cı il tarixlərində icbari təlim təşkil olunub.
Təlimdə 51 namizəd iştirak edib. Tədris prosesi yalnız prokurorluq əməkdaşları ilə məhdudlaşmayıb, mühazirəçi qismində prokurorluğun rəhbər və təcrübəli işçiləri ilə yanaşı, daxili işlər, ədliyyə, fövqəladə hallar və səhiyyə orqanlarının mütəxəssisləri, Milli Məclisin deputatları, məhkəmə sədrləri, hakimlər, vəkillər, prokurorluğun veteranları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də elmi dərəcəli professor-müəllim heyəti cəlb olunub.
İcbari təlim çərçivəsində iştirakçılar bir sıra dövlət qurumlarının fəaliyyəti ilə yerində tanış olub, prosessual hərəkətləri real şəraitdə müşahidə edib, həmçinin mədəni-maarifləndirici tədbirlərə cəlb olunub.
Təlim müddətində mövzular ətrafında fəal müzakirələr aparılıb və 9 yanvar 2026-cı il tarixdə namizədlərin nəzəri bilik və peşə hazırlığı İmtahan Komissiyası tərəfindən müsahibə yolu ilə qiymətləndirilib.





Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı