Şriftin ölçüsü :

Saytın rəngi :

Şəxsin ehtiyatsızlıqdan öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

12.01.2026

Yanvarın 12-də Şəki rayonu ərazisində Sətdar Nəbiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2000-ci il təvəllüdlü  Hüseyn İsmayılovun yanvarın 10-da Sətdar Nəbiyevi sifət nahiyəsindən əli ilə vurması nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən 2 gün sonra xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Hüseyn İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.