Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Prokurorluğunun veteranları Adilxan Xaspoladovun 75 illik və Əli Sadiqovun 70 illik yubileyləri münasibətilə Baş prokuror Kamran Əliyevin adından təbrik məktubları təqdim olunub.
Görüş zamanı veteran prokurorlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prokurorluq orqanlarına göstərilən diqqət və qayğı nəticəsində prokurorluğun maddi-texniki bazasının möhkəmləndiyini, həmçinin prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd ediblər.
Adilxan Xaspoladov 1979-cu ildə prokurorluq orqanlarında qulluğa qəbul olunub, əvvəllər Ağsu, İmişli və Neftçala rayon prokurorluqlarının müstəntiqi, Xızı rayon prokurorunun köməkçisi, Nəqliyyat prokurorluğunun prokuror-kriminalisti, Bakı şəhər Xətai rayon prokurorunun böyük köməkçisi və digər vəzifələrdə işləyib.
Əli Sadiqov 1995-ci ildən prokurorluq orqanlarında qulluğa qəbul olunub, əvvəllər Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Məhkəmə aktlarının qanuniliyinə nəzarət şöbəsinin rəisi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi vəzifələrində işləyib.
Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı