Şriftin ölçüsü :
Saytın rəngi :
Dekabrın 12-də Tacikistan Respublikasının Dövlət Maliyyə Nəzarəti və Korrupsiya ilə Mübarizə Agentliyinin təşkilatçılığı ilə Düşənbə şəhərində “Biznes sahəsində korrupsiya ilə mübarizə” mövzusunda Forum keçirilib.
Tacikistan Respublikası Baş nazirinin birinci müavinini açılışını etdiyi forumda həmin ölkənin İqtisadi İnkişaf və Ticarət naziri, eləcə də Hesablama Palatasının, Milli Bankın, Vergilər Komitəsinin və Gömrük Xidmətinin rəhbərləri çıxış ediblər.
Tədbirdə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) və ATƏT-in nümayəndələri, həmçinin dünyanın 40-dan artıq ölkəsindən aparıcı beynəlxalq ekspertlər iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Ziya Hacıyev iştirak etmişdir.
Ziya Hacıyev “Biznes sahəsində korrupsiya ilə mübarizə üzrə beynəlxalq təcrübə və bu sahədə beynəlxalq təşkilatların rolu” adlı sessiyada “Biznes sahəsində korrupsiya ilə mübarizə: Azərbaycan təcrübəsi” mövzusunda təqdimatla çıxış edib.
Təqdimat zamanı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadiyyatının, o cümlədən sahibkarlığın inkişafına yönəlmiş islahatlar və sistem xarakterli addımlar barədə geniş məlumat verilib.
Qeyd edilib ki, kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı prosedurlarının sadələşdirilməsi, vəzifəli şəxslərlə təmasların minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə hüquqi şəxslərin qeydiyyatının 1 gün ərzində həyata keçirilməsi və sənədlərin tam elektron formada təqdim olunması təmin edilib.
Bununla yanaşı, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması istiqamətində mövcud inzibati və cinayət-hüquqi mexanizmlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Özəl sektorda şəffaflıq standartlarının inkişafı və qanunvericiliyin beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsinin “2022–2026-cı illər üçün Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə Milli Fəaliyyət Planı”nda nəzərdə tutulduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Təqdimatdan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı