Şriftin ölçüsü :

Saytın rəngi :

2025-ci ildə prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul olunan namizədlər üçün icbari təlimə başlanılıb

16.12.2025

Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar 2025-ci ildə elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş 51 namizəd üçün Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində 15 dekabr 2025-ci il tarixindən icbari təlimə başlanılıb.

Təlimin məqsədi gənc hüquqşünasların ilkin peşə vərdişlərinin formalaşdırılması, hüquqi bilik və bacarıqlarının inkişaf etdirilməsi, habelə prokurorluq fəaliyyətinin əsas istiqamətləri üzrə sistemli hazırlığının təmin edilməsidir.

Təlim proqramı çərçivəsində cinayət hüququ və cinayət prosesi, insan hüquqları, əməliyyat-axtarış fəaliyyəti, kriminalistika və digər sahələr üzrə təlim və praktiki məşğələlər nəzərdə tutulub. Mühazirələr təcrübəli prokurorluq əməkdaşları və sahə üzrə mütəxəssislər tərəfindən aparılır.

İcbari təlimin sonunda qiymətləndirməni müvəffəqiyyətlə başa vuran namizədlərə müvafiq şəhadətnamələr təqdim olunacaq.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.