Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq prokurorluq orqanlarında qulluğa qəbul olunmaq istəyən şəxslər üçün 15 aprel 2025-ci il tarixdə elan edilmiş 27-ci müsabiqəyə yekun vurulub.
Müsabiqənin sonuncu mərhələsinə buraxılmış 71 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə 04-12 dekabr 2025-ci il tarixləri ərzində Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilib.
Müsabiqənin nəticələrinə görə yüksək nəzəri bilikləri, hüquqi aktları düzgün tətbiq etmək bacarığı və mövcud vakant ştat vahidlərinin sayı nəzərə alınmaqla, prokurorluğun kadr korpusunun komplektləşdirilməsinin təmin edilməsi məqsədilə müsabiqə üzrə elan edilmiş vakant yerlərin sayı Baş Prokurorluğun Kollegiyasının 12 dekabr 2025-ci il tarixli qərarına əsasən artırılaraq 51 ştat vahidi müəyyən edilib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun «İşin Təşkili Qaydaları»na əsasən müsabiqə üzrə müvəffəqiyyət qazanmış 51 namizəd 15 dekabr 2025-ci il tarixdən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində (Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 160) icbari təlimə cəlb ediləcəklər.
İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə təyin ediləcəklər.
Prokurorluqda qulluğa qəbulla bağlı elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında yerləşdirilib.
Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-77, 361-00-79, 361-00-80 və 361-00-81 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin
nəticələri üzrə müvəffəqiyyət qazanmış namizədlərin
S İ Y A H I S I
|
№ |
Soyadı, adı və atasının adı |
|
1 |
Alıyev Ceyhun Şakir oğlu |
|
2 |
Alıyev Murad Üzeyir oğlu |
|
3 |
Allahyarlı Eltac Rauf oğlu |
|
4 |
Babazadə Ali Habil oğlu |
|
5 |
Cəfərli İsmayıl Cahangir oğlu |
|
6 |
Cəfərli Məhəmməd Əli oğlu |
|
7 |
Cəlilov Nihad Cəlal oğlu |
|
8 |
Əhmədli Famil Sərdar oğlu |
|
9 |
Əhmədov Ayxan Şakir oğlu |
|
10 |
Əhmədov Kənan Kərim oğlu |
|
11 |
Ələkbərli Nihat Hikmət oğlu |
|
12 |
Əliyev Ağamusa Eldar oğlu |
|
13 |
Əliyev Məhəmməd Zakir oğlu |
|
14 |
Əliyeva Zərrin Əmir qızı |
|
15 |
Əzizli Şahin Malik oğlu |
|
16 |
Həmzəyeva Nərmin Məmməd qızı |
|
17 |
Həsənli Nərmin Hüseyn qızı |
|
18 |
Hüseynov İmran Məzahir oğlu |
|
19 |
Hüseynov Raul Elxan oğlu |
|
20 |
Hüseynov Ülvi Kamil oğlu |
|
21 |
Hüseynov Vahid Vilayət oğlu |
|
22 |
Xəlilov Rafiq Şahin oğlu |
|
23 |
İbadov Rəşid Rövşən oğlu |
|
24 |
İbrahimov Nizami Nurəddin oğlu |
|
25 |
İsayev İsmayıl Fəxrəddin oğlu |
|
26 |
İsmayılzadə Nazlı Etiram qızı |
|
27 |
Kərimov Musa Namiq oğlu |
|
28 |
Qasımova Xəyalə Arzu qızı |
|
29 |
Quliyev Ramin Əfqan oğlu |
|
30 |
Quluzadə Cahandar Kənan oğlu |
|
31 |
Qurbanov Nurlan Samir oğlu |
|
32 |
Mədətov Fuad Bəhram oğlu |
|
33 |
Məhərrəmov Emin Məhəmməd oğlu |
|
34 |
Məmmədli Toğrul Çingiz oğlu |
|
35 |
Məmmədov Azər Zabid oğlu |
|
36 |
Məmmədov Nadir Adil oğlu |
|
37 |
Məmmədzadə Əli Zülfüqar oğlu |
|
38 |
Murtuzayev Elvin Əfqan oğlu |
|
39 |
Musayev Elnur Valeh oğlu |
|
40 |
Nəcimbəyli Toğrul Rəfael oğlu |
|
41 |
Nərimanlı İbrahim Alim oğlu |
|
42 |
Nəzərov Rövşən Fizuli oğlu |
|
43 |
Pənalıyev Amin Aslan oğlu |
|
44 |
Rzayev Fariz Gündüz oğlu |
|
45 |
Salmanov Vüsal Vüqar oğlu |
|
46 |
Səfərli Gülnar Arif qızı |
|
47 |
Səhratzadə Orxan Nəsib oğlu |
|
48 |
Səmədov Fərid Sədi oğlu |
|
49 |
Süleymanov Namiq Əsgər oğlu |
|
50 |
Vaqifli Fərid Azər oğlu |
|
51 |
Yusubov Turab Adil oğlu |

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı