Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #cinayəthüququ - “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 31 oktyabr 2025-ci il tarixli Qanunu qüvvəyə minmişdir

11.12.2025

Həmin qanuna əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində:

1. 73-2.2-ci maddədə “, 197, 198” rəqəmləri “–199” rəqəmləri ilə, “, 211, 212” rəqəmləri “–212” rəqəmləri ilə əvəz edilib;

2. 193-1.1-ci maddənin sanksiyasında “dörd min manatdan səkkiz min manatadək miqdarda” sözləri “cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında” sözləri ilə əvəz edilib;

3. 199-cu maddə üzrə:

3.1. adı və 199.1-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilib:

“Maddə 199. Rəqabəti məhdudlaşdırma

199.1. Rəqabət qanunvericiliyinin pozulması, yəni qanunla yol verilən hallar istisna olmaqla rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, bu cür uyğunlaşdırılmış hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə –”;

3.2. 199.2.4-cü maddədə hər iki halda “xeyli” sözü “külli” sözü ilə əvəz edilib;

3.3. 199.3.3-cü maddəyə hər iki halda “külli” sözündən əvvəl “xüsusilə” sözü əlavə edilib;

3.4. “Qeyd” hissəsinin 1-ci bəndi aşağıdakı redaksiyada verilib:

“1. Bu Məcəllənin 199.1-ci maddəsində “xeyli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 199.2.4-cü maddəsində “külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı, lakin bir milyon manatdan artıq olmayan məbləğ, 199.3.3-cü maddəsində isə “xüsusilə külli miqdar” dedikdə bir milyon manatdan yuxarı olan məbləğ başa düşülür.”.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.