Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun idarə rəisi beynəlxalq konfransda iştirak edib

10.12.2025

Cari ilin 4 və 5 dekabr tarixlərində Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm - Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev Qazaxıstan Respublikasında səfərdə olaraq “Qanun və qayda – sabitlik və tərəqqinin əsasıdır” mövzusunda keçirilən elmi-praktiki konfransda iştirak edib.

Konfransın plenar iclasında çıxış edən Fazil Həsənəliyev “Prokurorların hazırlanmasında innovativ yanaşmalar: Azərbaycan təcrübəsi” mövzusunda məzmunlu məruzə ilə çıxış etmiş, prokurorluq orqanları üçün kadr hazırlığı sahəsində tətbiq edilən müasir modellər və yeni tədris metodikaları barədə geniş məlumat verib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanları Akademiyasının fəaliyyəti, təşkilati strukturu, kadr hazırlığı sistemi, elmi-tədqiqat istiqamətləri və həyata keçirilən beynəlxalq layihələrlə ətraflı tanış olub. Görüşlər zamanı rəqəmsal tədris texnologiyaları, innovativ təhsil platformaları və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün nəzərdə tutulmuş ixtisasartırma proqramları xüsusi maraq doğurub.

Səfərin davamında Fazil Həsənəliyev Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm - Tədris Mərkəzində həyata keçirilən fəaliyyət barədə məlumat verib, müasir tədris formalarının inkişafı, elmi-metodik bazanın gücləndirilməsi və prokurorluq kadrlarının hazırlanması sistemində tədqiqat istiqamətlərinin genişləndirilməsi üzrə əldə olunmuş təcrübəni bölüşüb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.