Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaariflənmə #dövlətdili - Dövlət dilinin tətbiqinə qarşı yönəlmiş hərəkətlər, media məhsullarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması qanun pozuntusu sayılır

08.12.2025

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
 
Azərbaycan Respublikasında dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsi

İnzibati Xətalar Məcəlləsinin 533-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq olunmasına maneələr törədilməsi hallarına görə:
 
Fiziki şəxslər – 1000 manatdan 1500 manatadək,
Vəzifəli şəxslər – 2500 manatdan 4000 manatadək,
Hüquqi şəxslər – 12.000 manatdan 16.000 manatadək cərimə edilir.

Media məhsullarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması

İnzibati Xətalar Məcəlləsinin 533-1-ci maddəsinə əsasən, media məhsullarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə:

Fiziki şəxslər - 100 manatdan 200 manatadək, 
Vəzifəli şəxslər -300 manatdan 400 manatadək, 
Hüquqi şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.