Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsini “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsi ilə əlaqəli şəkildə şərh etmişdir

03.12.2025

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 noyabr 2025-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, reysqabağı texniki yoxlama və  tibbi müayinələrlə bağlı tələblərin təsərrüfat ehtiyacları üçün daşımanı həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara qanunvericiliyə dəyişikliklər edilməklə şamil olunması mümkündür və belə tənzimləmə bu tələblərin yönəldiyi əsas məqsədlə (daşımaların təhlükəsiz icrası və insanların həyat və sağlamlığının qorunması) ziddiyyət təşkil etmir.

Həmin qərara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələrinin tələblərinə, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4, 1.0.5, 1.0.9 və 26.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən, sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə öz hesabına daşımaları yerinə yetirən hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində göstərilən inzibati xətanın subyekti deyillər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və ya rəsmi rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.