Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 29 noyabr tarixində ADA Universitetinin hüquq ixtisası üzrə təhsil alan tələbələri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında xüsusi maarifləndirici səfərdə olub.
Gənc hüquqşünasların dövlət orqanlarının, xüsusilə də şəffaflığın təminatında mühüm rol oynayan bu qurumun fəaliyyətinə göstərdiyi maraq nəzərə alınaraq təşkil edilən tədbiri giriş nitqi ilə açan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi sektorunun müdiri, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvü Vüsal İsayev tələbələrin peşəkar biliklərinin dərinləşdirilməsinə və gələcəyin kadr potensialının korrupsiyaya qarşı mübarizə sahəsindəki qabaqcıl təcrübələr və hüquqi mexanizmlərlə tanış edilməsinə xidmət edən bu tipli maarifləndirici tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.
Tədbirdə Baş İdarənin əməkdaşları tərəfindən ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks hüquqi və institusional tədbirlər, o cümlədən korrupsiya cinayətlərinin qarşısının alınması, profilaktik və maarifləndirici fəaliyyətlərin təşkili, vətəndaşların hüquqi şüurunun artırılması istiqamətində görülən işlər, Baş İdarənin strukturu, funksiyaları ilə bağlı, habelə idarə və şöbələrinin fəaliyyəti barədə geniş məlumat verilmiş, korrupsiyaya qarşı mübarizə sahəsində əməliyyat-axtarış tədbirləri və Baş İdarənin fəaliyyətinə dair təqdimat nümayiş etdirilib.
Tələbələr Baş İdarənin inzibati binasında yaradılan müasir iş şəraiti, istintaq otaqları, normativ-hüquqi aktlarla zəngin və digər dövlət orqanlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş “161 - Qaynar xətt” əlaqə mərkəzi, "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS), əməliyyatların idarə edilməsi mərkəzi, vətəndaşların qəbulu otağı və kriminalistika avtomobili ilə yaxından tanış olub.
Sonda prokurorluq orqanlarının fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılaraq tələbələri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.






Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı