Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən antikorrupsiya təlimi keçirilib

26.11.2025

İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlaşdırma Şurasının hibrid formatda keçirilən 35-ci iclasının nəticələrinə dair növbəti antikorrupsiya təlimi cari ilin 25 noyabr tarixində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib.

Tədbirdə Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Natiq Eyvazov açılış nitqi ilə çıxış edib, daha sonra Baş İdarənin müxtəlif struktur bölmələrini təmsil edən əməkdaşlar təlimçi qismində iştirak edərək (ingilis dilində) öz bilik və təcrübələrini iştirakçılarla bölüşüblər. 

Təlimçi qismində Baş İdarənin böyük prokuroru Ziya Hacıyev, Baş İdarənin Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamilli, Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokurorları Pirayə Səmədzadə-Əliyeva və Əflatun Hüseynov, Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Arzu Zeynalabdıyeva, Baş İdarənin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Asiman Hacıyev, Baş İdarənin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı Orxan Qazızadə çıxış edib.

Təlimdə korrupsiyaya qarşı mübarizənin institusional əsasları, preventiv mexanizmlər, təhqiqat və istintaq prosedurları, məlumatların təhlili, əməliyyat tədbirlərinin təşkili və informasiya təminatı kimi mövzular əhatə edilmiş, praktik nümunələr və beynəlxalq təcrübəyə əsaslanan yanaşmalar təqdim edilərək, iştirakçıların sualları cavablandırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.