Şriftin ölçüsü :
Saytın rəngi :
“Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizdə ekoloji təhlükəsizlik, təbii sərvətlərin qorunması və ətraf mühitə qarşı hüquq pozuntularının qarşısının alınması mövzusunda maarifləndirmə və hüquqi təbliğat tədbirlərinin genişləndirilməsi məqsədilə prokurorluq orqanları tərəfindən keçirilən tədbirlərin davamı olaraq, noyabrın 21-də Lənkəran Dövlət Universitetində “Müasir ekoloji çağırışlar və ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimləmənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans təşkil olunub.
Konfrans başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi iştirakçılar tərəfindən bir dəqiqəlik sükutla yad olunub
Daha sonra çıxış edən Lənkəran Dövlət Universitetinin prorektoru Ramiz Şəmmədov tədbir iştirakçılarını salamlayaraq ekoloji təhlükəsizlik sahəsində dövlət siyasətinin dayanıqlı inkişaf strategiyasının əsas tərkib hissəsi olduğunu bildirib, “Konstitusiya və Suverenlik İli”nin hədəfləri çərçivəsində ətraf mühitin mühafizəsi üzrə hüquqi mexanizmlərin möhkəmləndirilməsi və ekoloji mədəniyyətin artırılmasının xüsusi prioritet təşkil etdiyini vurğulayıb.
Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini İsmayıl Qayıbov çıxışında qlobal və regional ekoloji çağırışlar, iqlim dəyişmələrinin yaratdığı risklər və ekoloji təhlükəsizlik sahəsində dövlətin institusional yanaşması barədə məlumat verərək ətraf mühitin qorunması sahəsində hüquqpozmalara qarşı kompleks prokuror nəzarəti mexanizmlərinin gücləndirilməsinin hazırkı mərhələdə strateji əhəmiyyət daşıdığını qeyd edib.
Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev ekoloji hüquq pozuntularının aşkarlanması, təqsirli şəxslərin məsuliyyətə cəlb olunması və bu prosesdə operativ məlumat mübadiləsinin əhəmiyyəti barədə çıxış edərək müasir texnoloji vasitələrdən istifadə cinayət tərkibli ekoloji pozuntuların aşkar olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Elmi-praktiki konfransda çıxış edən Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Əbdülsəməd Əzizli Azərbaycanın COP29 və COP30 proseslərində aktiv iştirakının ölkənin ekoloji diplomatiyasının güclənməsinə töhfə verdiyini bildirərək ekoloji hüquq pozuntularına qarşı mübarizənin effektivliyinin cəmiyyətlə səmərəli kommunikasiya, media, vətəndaş cəmiyyəti və ali təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsindən keçdiyini vurğulayıb.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Elmi-tədqiqat işinin təşkili şöbəsinin prokuroru Sarıtel Əliyeva Konstitusiya və Suverenlik İli çərçivəsində ekoloji münasibətlərin konstitusion-hüquqi əsaslarından danışaraq ətraf mühitin mühafizəsi hüququnun insan hüquqlarının tərkib hissəsi kimi xüsusi yer tutduğunu və bu sahədə normativ-hüquqi islahatların davam etdirildiyini bildirib.
Konfrans zamanı geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və sonda xatirə fotoşəkli çəkilib.





Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı