Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 18-20 noyabr tarixlərində Koreya Respublikasının paytaxtı Seul şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 4-cü Asiya-Sakit Okean Regional təlimi keçirilib.
Ümumilikdə 18 ölkədən 22 nümayəndənin qatıldığı tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Elmir Zeynalov iştirak edib.
“Hüquq mühafizə orqanları tərəfindən süni intellekt texnologiyalarından istifadə olunması” mövzulu sessiyada təqdimatla çıxış edən Elmir Zeynalov bu sahədə beynəlxalq və milli təcrübələr, Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası, həmçinin prokurorluq orqanlarında həyata keçirilən islahatlar və Elektron Prokurorluq İnformasiya Sistemi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Təlimdə həmçinin “Cinayətlərin istintaq olunması sahəsində əməkdaşlıq şəbəkələri”, “Narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq”, “Cinayət yolu ilə əldə olunmuş əmlakın bərpası sahəsində beynəlxalq əməkdaşlıq”, “Xarici tərəfdaşlarla birbaşa əməkdaşlıq” və “Transmilli cinayətlərin istintaqı” mövzuları üzrə sessiyalar keçirilib, iştirakçılar arasında hər mövzu üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı