Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun əməkdaşları rəqəmsal kriminalistika və digər aktual mövzulara həsr edilmiş beynəlxalq tədbirdə iştirak edib

19.11.2025

Cari ilin noyabrın 18 və 19 tarixlərində Bakı şəhərində “CyberEast+” layihəsi çərçivəsində “İnsidentlərin və sübutların idarə edilməsi və rəqəmsal kriminalistika üçün uyğun alətlərin istifadəsi” mövzusunda beynəlxalq tədbir keçirilib.

Tədbirin əsas məqsədi kibercinayətkarlıqla mübarizə sahəsində fəaliyyət göstərən hüquqmühafizə orqanları tərəfindən rəqəmsal kriminalistika üzrə vasitə və alətlərdən istifadənin təkmilləşdirilməsi olub.

Tədbirdə Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Qədir Məmmədov, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru İlkin Qulubəyli, Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinin prokuroru Aynur Əfəndiyeva və həmin idarənin Kriminalistika şöbəsinin baş mütəxəssisi Sərdar Əliyev iştirak ediblər.

Tədbirə, həmçinin, Daxili İşlər və Ədliyyə Nazirliklərin, Dövlət Təhlükəsizliyi Xidmətinin, eləcə də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri iştirak edib.

İştirakçılar beynəlxalq təcrübə, açıq mənbələrdən məlumatların toplanması, təhlili və hüquqi baxımdan istifadəsi ilə bağlı müasir yanaşmalar barədə yeni biliklər əldə ediblər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.