Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #insanhüquqları #uşaqhüquqlarıaylığı - Uşaqların cinayət-hüquqi müdafiəsi

18.11.2025

Uşaqların fiziki və psixoloji təhlükəsizliyinin qorunması dövlətin və hüququn ən ümdə vəzifəsidir.

Cinayət qanunvericiliyi uşaqlara qarşı törədilmiş cinayətlərə qarşı xüsusilə sərt mövqedədir. Uşaqların normal psixoloji və fiziki inkişafını təmin etmək, onları gələcək həyata hazırlamaq, bu şəxslərin cinayətlərdən qorunmasına daha həssas münasibət sərgilənməsini tələb edir. Təsadüfi deyil ki, Cinayət Məcəlləsinə əsasən uşaqlara qarşı cinayətlər ağırlaşdırıcı hal hesab edilir.

Yetkinlik yaşına çatmayan şəxslərin törətdiyi cinayətlərə münasibətdə isə cinayət qanunu pozitiv diskriminasiyaya yol verməklə, cəzaların daha yüngül tətbiqini nəzərdə tutaraq, əsas diqqəti uşaqların tərbiyəsinə yönəltmiş olur. Uşaqlara münasibətdə məhdud siyahı üzrə cəzalar tətbiq edilir, həmin cəzaların yuxarı həddi müəyyənləşdirilir, konkret cinayət üzrə nəzərdə tutulmuş cəzanın daha yüngül cəza ilə əvəz edilməsi nəzərdə tutulur.  Cinayət Məcəlləsinə əsasən cinayət törətmiş uşaqlara tətbiq edilən cəzalar tərbiyəvi tədbirlərlə müşayiət olunur. 

Uşaqları cinayət əməllərindən qorumaq, eləcə də yol verilmiş cinayət əməlinə görə cəza tətbiq edərkən gələcək nəticələrə həssas yanaşmaq dövlətin və cəmiyyətin gələcəyinin təminatıdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.