Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 10-12 noyabr tarixlərində Ruminiya Respublikasının Buxarest şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə Anti-Korrupsiya Şəbəkəsinə üzv ölkələrin hüquq mühafizə orqanlarının 15-сi iclası keçirilib.
Birləşmiş Millətlər Təşkilatının, OECD-nin, BMT-nin və digər beynəlxalq təşkilatların, habelə xarici ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqləri Asiman Hacıyev və Murad Əzimov təmsil edib.
Tədbir dövründə ölkələr arasında korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, korrupsiya hüquqpozmalarının müəyyən edilməsində müxtəlif mənbələrin, o cümlədən analitik təhlillərin rolu, yüksək vəzifəli şəxslər tərəfindən törədilmiş korrupsiya hüquqpozmaları ilə bağlı aparılmış cinayət işlərinin istintaq metodikası, müasir praktiki yanaşmalar, korrupsiya faktlarının istintaqı zamanı xarici ölkələrlə qarşılıqlı əməkdaşlıq, əmlakın bərpası, korrupsiya, çirkli pulların yuyulması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması cinayətləri üzrə aparılmış ən uğurlu istintaq nümunələri və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı çıxış edən nümayəndələrimiz ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş islahatlar, bu sahədə ixtisaslaşmış qurumlarımızın fəaliyyəti və görülmüş işlər, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla qəbul edilmiş müvafiq qanunvericilik aktları və digər mühüm məsələlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Bundan başqa, tədbir zamanı iştirakçı dövlətlərin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlarının nümayəndələri tərəfindən istintaq təcrübələri bölüşülməklə müvafiq mövzular ilə bağlı hazırlanmış kazuslar üzrə birgə qrup işi həyata keçirilmiş, həmçinin beynəlxalq ekspertlər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı