Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #insanhüquqları #uşaqhüquqlarıaylığı - Reklamda uşaqların müdafiəsi

14.11.2025

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa görə, uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsirin qarşısını almaq məqsədi ilə reklamda aşağıdakılar qadağan olunur:

-valideynlərin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarı zəiflədən məlumatların verilməsi;

-başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması;

-qüvvətləndirici və fərqləndirici sözlər vasitəsilə ailənin maddi vəziyyətindən asılı olmayaraq əmtəənin əldə edilməsinin mümkünlüyü fikrini yaratmaqla, valideynlərin və başqa şəxslərin bu əmtəəni almağa vadar edilməsinə yönəldilmiş məlumatlar;

-həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə;

-uşaqlara aid olmayan əmtəənin reklamının onlar üçün nəzərdə tutulmuş mediada, televiziya və radio proqramlarında, audio və video materiallarda yerləşdirilməsi;

-uşaqlara ünvanlanan, yaxud onların iştirakı ilə yayımlanan reklamlarda uşaqların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunması;

-uşaqların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi;

-alkoqollu və energetik içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) alkoqollu və energetik içkilərin reklamı ilə kəsilməsi.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.