Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, vətəndaşların ərizə, şikayət və təkliflərinə qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddətlər ərzində və obyektiv baxılması, onların haqlı tələblərinin təmini istiqamətində zəruri tədbirlərin görülməsi prokurorluq orqanlarının qarşısında duran mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. Mütəmadi olaraq, bu sahədə işin səmərəliliyinin yüksəldilməsi, effektiv nəzarət mexanizmi yaradılmaqla prokurorluq əməkdaşlarının məsuliyyətinin artırılması, vətəndaş müraciətlərinə formal yanaşma hallarına və digər qanunsuzluq faktlarına qarşı qəti tədbirlərin görülməsi təmin olunur.
Son dövrlər ərzində prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin yeni informasiya texnologiyalarının imkanlarından hərtərəfli istifadə olunaraq müasir müstəvidə təşkili istiqamətində zəruri tədbirlərin görülməsi təmin edilməklə, «Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması barədə» 01.11.2010-cu il tarixli tam yeni məzmunda əmr verilmiş, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin strukturu daha da təkmilləşdirilməklə «Vətəndaşların qəbulu şöbəsi» yaradılmış, idarənin kadr tərkibi peşəkar əməkdaşlar hesabına əhəmiyyətli dərəcədə yeniləşdirilmişdir.
Müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkili vəziyyətinin Mingəçevir şəhər, Ağsu və Cəlilabad rayon prokurorluqlarında yoxlanılması nəticəsində bu sahədə ciddi çatışmazlıqlara və icra intizamının pozuntusu hallarına yol verildiyi müəyyən edildiyinə görə Baş Prokurorluq üzrə 08.08.2011-ci il tarixli əmrlə həmin şəhər və rayonların prokurorları A.Qarayev, S.Məmmədli və M.İsmayılov, habelə Mingəçevir şəhər və Cəlilabad rayon prokurorlarının müavinləri və bir sıra digər əməkdaşlar intizam məsuliyyətinə cəlb edilmişlər.
Prokurorluq orqanları tərəfindən "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə dönmədən əməl edilməsi, bu sahədə işin düzgün təşkilinə görə əməkdaşların məsuliyyətinin artırılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı