Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqların təlim-tərbiyəsi – valideynin hüquqi məsuliyyətidir

12.11.2025

Uşaqlar cəmiyyətin gələcəyidir və onların düzgün tərbiyəsi, təhsili və qayğı ilə böyüməsi həm valideynlərin, həm də dövlətin əsas hüquqi və mənəvi məsuliyyətidir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsi valideynlərin və ya onları əvəz edən şəxslərin yetkinlik yaşına çatmayanların təlim-tərbiyəsini üzrlü səbəb olmadan yerinə yetirməməsi hallarında hüquqi məsuliyyətlərini müəyyən edir.
Belə hallarda tətbiq olunan tədbirlər belədir:
•    Təlim və tərbiyə vəzifələri yerinə yetirilmədikdə, şəxslər xəbərdarlıq edilir və ya 40–60 manat məbləğində cərimə olunur.
•    Əgər uşağın baxımsız qalması baş verərsə, cərimə 60–100 manat təşkil edir.
•    Uşaqların spirtli içki, narkotik və ya psixotrop maddələrdən istifadəsinə, avaralıqla məşğul olmasına, cinayət və inzibati xəta əməllərinə cəlb olunmasına yol açarsa, məsuliyyət yenə 60–100 manat cərimə ilə nəticələnir.
Bu qanuni tənzimləmə bir daha göstərir ki, uşaqların təhlükəsizliyi və düzgün tərbiyəsi heç bir halda laqeydlik mövzusu ola bilməz. Valideynlərin diqqətsizliyi uşağın gələcəyinə mənfi təsir göstərir, onun hüquqlarını pozur və cəmiyyətin sabitliyinə təhlükə yaradır.
Uşaqların hüquqlarının qorunması – hər birimizin məsuliyyətidir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.