Şriftin ölçüsü :

Saytın rəngi :

Veteran prokurorluq işçisi təbrik edilib

05.11.2025

Azərbaycan Prokurorluğunun veteranı Vəliyev Allahverdi Hüseyn oğlunun 70 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.

Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd edib. 

Allahverdi Vəliyev 1983-cü ildən prokurorluq orqanlarında qulluğa qəbul olunub, əvvəllər Kəlbəcər, Yevlax, Binəqədi rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, Baş Prokurorluqda şöbə prokuroru, şöbə rəisi, idarə prokuroru və digər vəzifələrdə işləyib. 

Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.