Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilanda “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans keçirilir

05.11.2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Zəfərin beşinci ildönümü münasibətilə Baş Prokurorluq tərəfindən Zəngilan Konqres Mərkəzində “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans təşkil olunub.

İştirakçılar Ulu Öndər Heydər Əliyevin Zəngilan rayonunun Ağalı kəndində ucaldılmış büstünü və Zəngilan şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək gül dəstələri qoyublar, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Hazırda konfrans davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.