Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları üçün antikorrupsiya mövzusunda təlim keçirilib

04.11.2025

Cari ilin 31 oktyabr tarixində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan 49 əməkdaş üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda əyani təlim təşkil edilmişdir.

Təlimdə Baş Prokurorluğun təcrübəli əməkdaşları təlimçi qismində çıxış edərək dinləyicilərə cinayət mühakimə icraatında prokurorluğun rolu və səlahiyyətləri, korrupsiya cinayətlərinin mahiyyəti, yaranma mexanizmləri və onların cəmiyyətə vurduğu sosial-mənəvi ziyan, korrupsiya hüquqpozmalarına görə nəzərdə tutulan məsuliyyət tədbirləri, eləcə də bu sahədə preventiv yanaşmaların və şəffaf idarəçilik modelinin tətbiqi barədə geniş məlumat vermişlər.

Tədbir zamanı korrupsiyaya qarşı mübarizə prosesinin yalnız hüquqi deyil, həm də etik davranış və idarəetmə mədəniyyəti ilə sıx bağlı olduğu qeyd edilmiş, dövlət qurumlarında insan resurslarının və fəaliyyət proseslərinin şəffaf, nəzarətolunan və hesabatlı şəkildə təşkili istiqamətində müasir yanaşmalar müzakirə olunmuşdur.

Dinləyicilər təqdim olunan mövzulara yüksək maraq göstərmiş, interaktiv müzakirələrdə fəal iştirak etmiş və onları maraqlandıran suallar təlimçilər tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.