Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #insanhüquqları #uşaqhüquqlarıaylığı - Uşaqların hüquqlarının qorunması – ümumi məsuliyyətimizdir

29.10.2025

Azərbaycan Respublikasının Konstitusiyası uşaqların hüquqlarını cəmiyyətin və dövlətin ən ali dəyərlərindən biri kimi müəyyən edir.
Konstitusiyanın 17 və 34-cü maddələrinə əsasən, valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.
Uşaqları həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək, eləcə də 15 yaşına çatmamış uşaqları işə götürmək qadağandır.
Dövlət uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edir, çoxuşaqlı ailələrə sosial dəstək göstərir.
Hər bir uşaq sevgi, qayğı və təhlükəsizlik şəraitində böyümək hüququna malikdir — bu, həm ailənin, həm də dövlətin mənəvi və hüquqi məsuliyyətidir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.