Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 21-24 oktyabr tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Özbəkistan Respublikasının Anti-Korrupsiya Agentliyi tərəfindən V Daşkənd Antikorrupsiya Forumu və bir sıra əlaqəli beynəlxalq tədbirlər keçirilib.
Müxtəlif ölkələrin antikorrupsiya qurumlarının, həmçinin BMT, Avropa Şurası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi Forumda ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəis müavini Vüqar Məmmədzadə və həmin idarənin mühüm işlər üzrə böyük müstəntiqi Ələsgər Qocaman təmsil ediblər.
Nümayəndələrimiz dövlət orqanlarında və müəssisələrdə korrupsiyanın qarşısının alınması, məlumatverən şəxslərin müdafiəsi, eləcə də korrupsiyaya qarşı mübarizədə süni intellektin tətbiqi kimi mövzularda aparılan müzakirələrdə fəal iştirak edib, ölkəmizdə bu sahədə ixtisaslaşmış qurumların fəaliyyəti, həyata keçirilən islahatlar və “Elektron Prokurorluq İnformasiya Sistemi” barədə ətraflı məlumat veriblər.
Forum çərçivəsində korrupsiyaya qarşı mübarizədə qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və bu cür tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyəti vurğulanıb.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı