Şriftin ölçüsü :
Saytın rəngi :
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cari ilin oktyabr ayının 27-də cinayət təqibindən kənar icraatlar üzrə fəaliyyət göstərən prokurorluq işçiləri üçün “Yetkinlik yaşına çatmayanlarla psixoloji davranış qaydaları” mövzusunda təlim keçirilib.
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının ixtisaslı alimləri və peşəkar təcrübəyə malik müəllimləri tərəfindən dinləyici qismində iştirak edən 101 nəfər prokurorluğun əməliyyat işçilərinə yetkinlik yaşına çatmayanlarda deviant davranışa səbəb olan risk faktorları və onlarla psixoloji işin prinsipləri, yetkinlik yaşına çatmayan qanunpozanların motivlər sistemi və düzgün ifadə vermək qabiliyyətinin psixoloji tərəflərinin nəzəri və praktiki istiqamətləri barədə dinləyicilərə geniş məlumat verilib.
Həmçinin, təlimin gedişində yetkinlik yaşına çatmayan uşaqların hüquqları və onların beynəlxalq müdafiəsi, həmçinin uşaq və yeniyetmələrdə rast gəlinən davranış pozuntular, psixoloji əlaqənin qurulması barədə dinləyiciləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.





Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı