Şriftin ölçüsü :
Saytın rəngi :
Uşaqlar azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Bu hüquq onların fiziki və psixi təhlükəsizliyini qoruyur və qanunla təmin edilir.
“Uşaq Hüquqları” Qanunun 12-ci maddəsinə görə, uşağın tutulması və ya həbs edilməsi yalnız qanunla nəzərdə tutulmuş müstəsna hallarda mümkündür. Uşaq tutulduqda və ya həbs edilərkən, bu barədə onun valideynlərinə və ya qanuni nümayəndələrinə dərhal məlumat verilməlidir.
Uşaqların hüquqları pozulduqda, o cümlədən valideynləri və ya digər şəxslər uşağın təhsili və tərbiyəsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, uşaq müvafiq icra hakimiyyəti orqanlarına müraciət edə bilər. 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququ da vardır.
Hər bir fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar rəftar halları ilə rastlaşdıqda, bunun qarşısını almaq üçün müvafiq orqanlara müraciət edə bilər.
Valideynlərin və ya digər şəxslərin uşaqlara qarşı psixi və fiziki zor tətbiq etməsi, onların hüquqlarını pozması valideynlik hüquqlarından məhrum edilməyə, həmçinin inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.
Bu müddəalar göstərir ki, uşaqların hüquqları və təhlükəsizliyi dövlət tərəfindən qorunur, və hər bir valideyn və cəmiyyət üzvü bu hüquqlara hörmət göstərməyə məsuldur.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı