Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluq tərəfindən Mərkəzi Bank işçiləri üçün maarifləndirici təlim keçirilib

23.10.2025

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Baş Prokurorluğun əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda maarifləndirici təlim təşkil edilib.

Təlim zamanı iştirakçılara korrupsiya və vəzifə cinayətlərinə qarşı mübarizə sahəsində dövlət siyasətinin əsas istiqamətləri, bu sahədə mövcud qanunvericiliyin tətbiqi mexanizmləri, eləcə də etik davranış prinsiplərinin və şəffaf idarəetmənin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Eyni zamanda, tədris proqramı çərçivəsində “Korrupsiya və vəzifə cinayətləri və onlara qarşı mübarizə”, “Kibercinayətlərin aşkar edilməsi və istintaq metodikası”, eləcə də “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə” mövzularında mühazirələr keçirilib, iştirakçılara praktiki nümunələr əsasında izahlar təqdim olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.