Şriftin ölçüsü :
Saytın rəngi :
Oktyabrın 17-də “Baş Prokurorluğun 2025-ci il üçün mülki müdafiə üzrə tədbirlər planı”na müvafiq olaraq Təşkilat və icraya nəzarət idarəsi və Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili baş idarəsinin birgə təşkilatçılığı ilə Baş Prokurorluğun müvafiq idarələrinin rəis müavinlərinin iştirak etdiyi “Rəhbər heyətin mülki müdafiə məşqi”nə dair tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini Rövşən Əhmədov mülki müdafiə sahəsində bilik və vərdişlərə yiyələnmənin əhəmiyyətini vurğulayaraq, prokurorluq orqanlarında bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərdən bəhs etmişdir.
FHN-in əməkdaşları İlham Söhbətov və Əli Mirzəyev çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin Mülki müdafiə planının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi, rəhbər heyətin bacarıqlarının artırılması olduğunu qeyd etmişdirlər.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı