Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluq tərəfindən təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

20.10.2025

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə 2025-ci il oktyabrın 17-də Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim təşkil edilib.

Təlimdə 125 nəfər təhsil işçisi iştirak edib. Baş Prokurorluğun təcrübəli əməkdaşları tərəfindən korrupsiya hüquqpozmalarına qarşı mübarizənin əhəmiyyəti, korrupsiyanın mahiyyəti və təsirləri, şəffaf idarəçilik prinsipləri, həmçinin preventiv tədbirlərin rolu və nəticələri barədə ətraflı məlumat təqdim olunub.

Təlim interaktiv müzakirə formatında keçib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb, mövzu üzrə praktiki yanaşmalar, milli qanunvericiliyin tətbiqi xüsusiyyətləri və effektiv antikorrupsiya davranış modelləri geniş izah olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.