Şriftin ölçüsü :
Saytın rəngi :
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş prokurorunun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov deyib.
O bildirib ki, bu istiqamətlərdən kadr islahatları bizim üçün müstəsna əhəmiyyətə malikdir.
“Həmin kadr islahatları, sistemli şəkildə və strateji ardıcıllıqla həyata keçirilir, və bunun təməl prinsipində müasir və yüksək nəzəri biliyə malik, istedadlı Azərbaycan gənclər dayanır.
Bu istiqamətdə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlara əsaslanan işə qəbull Müsabiqə bizim üçün vacib bir alətdir və mühüm mexanizmdir.
Heydər Məmmədov bildirib ki, bu gün 50 vakant ştat vahidi üzrə növbəti 27-ci müsabiqə həyata keçirilir:
“Bildiyiniz kimi hazırda müsabiqənin I mərhələsi, yəni test mərhələsi keçirilir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində, bu gün prokurorluğa qəbul olmaq istəyən 320 namizəd iştirak edir”.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı