Şriftin ölçüsü :
Saytın rəngi :
2025-ci il oktyabrın 2-də Daşkənd şəhərində Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Özbəkistan Respublikasının Ədalət Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Bu sənəd elmi-tədqiqat fəaliyyətinin inkişafı, tədrisin təşkili və təkmilləşdirilməsi, hüquqi biliklərin artırılması və beynəlxalq təcrübə mübadiləsi sahələrində tərəflərin qarşılıqlı əməkdaşlığını nəzərdə tutur.
Memorandum çərçivəsində birgə elmi layihələrin hazırlanması və həyata keçirilməsi, müqayisəli hüquqi tədqiqatların aparılması, tədris-metodiki materialların işlənməsi, seminar və konfransların təşkili, həmçinin innovativ yanaşmaların tətbiqi üzrə əməkdaşlıq planlaşdırılır.
Tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, rəis müavini Səbuhi Şahverdiyev və şöbə rəisi Nigar Qələndərli iştirak ediblər.
Görüşdə Özbəkistan Respublikasının Ədalət Akademiyasının fəaliyyəti ilə yaxından tanış edilib, qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.






Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı