Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndəsi Niderlandda kibercinayətkarlıqla mübarizə ilə bağlı tədbirdə iştirak edib

02.10.2025

Avropa İttifaqı və Avropa Şurasının birgə CyberEast+ layihəsi çərçivəsində cari ilin sentyabrın 29 və 30-u tarixlərində Niderland Krallığının Haaqa şəhərində İttifaqın Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyi (Eurojust) tərəfindən seminar keçirilib. 

Sözügedən tədbirdə Baş Prokurorluğu Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev təmsil edib.

Seminarda, həmçinin, digər ölkələrin dövlət qurumlarının nümayəndələri və ekspertləri iştirak ediblər.

Seminarın əsas məqsədi Avropa Şurasının Kibercinayətkarlıq üzrə Budapeşt Konvensiyasının İkinci Əlavə Protokolunun müddəaları və mexanizmi barədə biliklərin artırılması, onun icrası prosesində, xüsusən də cinayətlərin araşdırılması və mühakimə olunmasında elektron sübutların transsərhəd mübadiləsində ortaya çıxan çətinliklər və qanunvericilikdəki qeyri-müəyyənliklərin müəyyənləşdirilməsi, eləcə də Avropa İttifaqına üzv və tərəfdaş dövlətlər tərəfindən tətbiq edilən qabaqcıl alətlər və mexanizmlərlə bağlı müsbət təcrübə mübadiləsinin aparılması olub.

Təcrübə mübadiləsi çərçivəsində Aydın Verdiyev ölkəmizdə qeyd edilən sahə üzrə həyata keçirilən islahatlar, habelə Baş Prokurorluğun fəaliyyəti barədə seminar iştirakçılarını məlumatlandırıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.