Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində səyyar məşğələ təşkil olunmuşdur

21.06.2011

  Cari il iyunun  20-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kurslarına cəlb edilən dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon təşkilatlarının, nümayəndəli orqanların, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində səyyar məşğələ təşkil olunmuşdur.

     Elm-Tədris Mərkəzinin əməkdaşlarının da cəlb olunduğu tədbiri giriş sözü ilə açan Mərkəzin rəisi Nazir Bayramov rəhbərlik etdiyi qurumun Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılmasına yardım etmək məqsədi ilə yaradıldığını xüsusi vurğulayaraq, onun strukturu, statusu, fəaliyyət istiqamətləri və prinsipləri barədə ətraflı məlumat vermişdir. Dinləyicilərə Mərkəzin kafedra, laboratoriya və digər qurumlarının fəaliyyəti, o cümlədən, elmi-praktiki araşdırmalar, metodiki işlər, tətbiq olunan müasir texnologiyalar barədə məlumatlar  çatdırılmış və  onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

     Qonaqlara Mərkəzin əməkdaşları tərəfindən hazırlanaraq, tətbiq olunan "İmtahan", "Xüsusi məlumat" və digər informasiya proqramları, eyni zamanda texnoloji, metodiki məhsullar və müvafiq ədəbiyyatlar nümayiş etdirilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.