Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqda kriminoloji təhlil mövzusunda distant kurs keçirilib

18.09.2025

Sentyabrın 18-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq orqanlarının əməkdaşları üçün “Prokurorluq orqanlarında kriminoloji təhlil aparılması metodikası” mövzusunda distant kurs təşkil olunub.

Tədbirdə təlimçi qismində Baş Prokurorluğun təcrübəli əməkdaşları çıxış edərək mövzu ilə bağlı mühazirə və təqdimatlar ediblər. Kurs zamanı kriminologiya elminin əsas anlayışları, cinayətkarlığın profilaktikası, kriminoloji viktimologiya, cinayətkarların şəxsiyyəti və fərdi cinayət davranışı, eləcə də digər aktual məsələlər dinləyicilərə ətraflı şəkildə təqdim olunub.

İştirakçılar kurs müddətində mövzulara böyük maraq göstərərək fəal müzakirələr aparmış, ünvanlanan suallar təlimçilər tərəfindən ətraflı cavablandırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.